(Русский) Щетка+совок, серия “Natur”
02.02.2019
(Русский) Роллер для чистки одежды
02.02.2019
Show all

Yuyucu gel

35 AZN

Təsvir

EkoSmart – isveç mənşəli SMART şirkətinin istehsalı olan yuyucu geldir. Yuyucu gel EkoSmart – yeni nəsil
ekoloji təmiz geldir. “EkoLablel” fərqlənmə nişanına malikdir. Gel tamamilə bioloji parçalanmaya məruz
qalır, ekoloji ziyanlı fosfatlardan və seolitlərdən azaddır. Onun fəaliyyətinin əsas prinsipi – “molekulyar
yuma”dır, proses artıq islatma zamanı başlayır. EkoSmart geli parçalarda qalmadığı üçün dəfələrlə
yaxalamağa ehtiyac qalmır. Gel istənilən tip paltaryuyan maşın və əl ilə yumaq üçün uyğundur. Əllərin
dərisinə heç bir ziyan vurmur. Mikrolif məhsulların yuyulması üçün effektlidir.
İstifadə qaydası: 30-95°C temperaturda yuyun. Qablaşdırmada əks olunan dozadan artıq gel istifadə
etməyin. Mümkün qədər suyun codluğunu nəzərə alın. Nisbətən az kirli paltarların yuyulması üçün lazım
olan həcmin ¼ az hissəsindən, daha çirkli paltarlar üçünsə 1/3 çox hissəsindən istifadə edin.
Tərkibi: qeyri-ion SAM 5 – 15%, anion SAM 5 – 15%, Sabun < 5%, Təbii aromatizatorlar < 5%, Fermentlər < 0.1%, İstifadə müddəti məhdud deyil. Həcmi 1000 ml.

Reviews (0)

Rəy

Rəy yoxdu

“Yuyucu gel” məhsuluna ilk rəyi bildirin

You may also like…